Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 370 ədəd minik, 210 ədəd yük avtomobili istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 79,1% az və 16,7% çoxdur.
"Report"un
Hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 200,1 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,1%, nəqliyyat vasitələrinin istehsalı 1,1%, avtomobil və qoşquların istehsalı isə 24,0% azalıb.