Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyun ayları ərzində 56 ədəd minik avtomobili istehsal olunub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% azalma deməkdir.
Bu il iyulun 1-nə 156 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 225 ədəd, traktor 367 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 58,5% artım, traktor istehsalı üzrə isə 32% azalma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 116,0 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,0%, sair nəqliyyat vasitələrinin istehsalı 4,3% azalıb, avtomobil və qoşquların istehsalı isə 43,8% artıb.
Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.