Azərbaycanda minik avtomobili istehsalı 45 %-dən çox artıb
- 18 noyabr, 2023
- 06:05
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 376 ədəd minik avtomobili istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 742 ədəd və ya 45,4 % çoxdur.
Nəticədə, noyabrın 1-nə ölkədə 485 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə 558,9 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 % artıb.
10 ayda Azərbaycanda 580 ədəd traktor istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9 % çoxdur. Bu il noyabrın 1-nə ölkədə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.