Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək

Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək Ölkədə süni mayalanma texnologiyası tətbiq ediləcək
Sənaye
8 Sentyabr , 2016 23:41
Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda 3-4 ilə mal-qaranın cinsi tam dəyişdiriləcək. Bu süni mayalanma texnologiyası sayəsində mümkün olacaq.

"Report" xəbər verir ki, bu barədə Yalama Aqroparkının açılış mərasimində prezident İlham Əliyev məlumat verib.

Prezident bildirib ki, bu aqroparka gətirilən cins mal-qara ölkədəki mövcud mal-qara ilə müqayisədə bir neçə dəfə çox süd verir, çəkisi də bir neçə dəfə artıqdır.

"Biz son illər xaricdən minlərlə baş cins mal-qara almışıq. Bu da çox düzgün siyasət idi. Bu gün isə biz artıq digər yollara keçirik. Süni mayalanma texnologiyası tətbiq ediləcək, burada artıq tətbiq olunub. Beləliklə, 3-4 ilə bizim mal-qaramızın cinsi tam dəyişdiriləcək. Bu da əlbəttə ki, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq".

Son xəbərlər

Orphus sistemi