Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 166 144,8 min manatlıq kimya sənayesi məhsulları istehsal edilib.
Sənaye
18 May , 2018 12:12
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 166 144,8 min manatlıq kimya sənayesi məhsulları istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 1,6% çoxdur.

Hesabat dövründə kimya sənayesi məhsullarından 21,1 min ton propilen (əmtəəlik 16 min ton), 39,1 min ton polietilen, 40,3 min ton etilen istehsal edilib.

Propilen istehsalı illik müqayisədə 12,5%, polietilen və etilen istehsalı hər biri 7,1% artıb.

Son xəbərlər

Orphus sistemi