Azərbaycanda ilk dəfə delinatorların istehsalına başlanılıb

Sənaye
  • 14 avqust, 2024
  • 11:00
Azərbaycanda ilk dəfə delinatorların istehsalına başlanılıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə (STP) daxil olan "STP Polimer" zavodunda Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb.

"Report" agentliyə istinadən xəbər verir ki, ilkin mərhələdə sözügedən məhsul 75x8 sm, növbəti mərhələdə isə 45x8 sm ölçüdə istehsal oluncaq.

Bu ilin sonuna qədər 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

İnvestisiya dəyəri 619 milyon ABŞ dolları olan STP Şirkətlər Qrupunda 2 000 nəfərə yaxın insan daimi işlə təmin edilib. Şirkət 2017-ci ildən 2024-cü ilin I yarısı daxil olmaqla 972 milyon manatdan çox satış həyata keçirib ki, bunun da 274 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar 15-dən çox ölkəyə (İngiltərə, Kanada, İsveç, Sinqapur, BƏƏ, İraq, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) ixrac edilib.

Delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.

Son xəbərlər

Bütün Xəbər Lenti