Azərbaycanda içki istehsalı 8% artıb
- 20 oktyabr, 2021
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 30,031 milyon dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda araq istehsalı 1 049,3 min dekalitr (1 il əvvələ nisbətən 35,4 % az), konyak istehsalı 16,1 min dekalitr (11,5 % az), üzüm şərabı istehsalı 383,8 min dekalitr (2 dəfə çox), pivə istehsalı 4 033,9 min dekalitr (11,6% az), spirtsiz içki istehsalı isə 24 548,4 min dekalitr (15,1 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 575,1 min dekalitr, spirtsiz içki ehtiyyatı isə 579,1 milyon dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 1 % və 28,1 % azdır.