Azərbaycanda içki istehsalı 17 %-dən çox artıb

Sənaye
  • 20 yanvar, 2023
  • 08:08
Azərbaycanda içki istehsalı 17 %-dən çox artıb

2022-ci ildə Azərbaycanda 42 milyon 858,4 min dekalitr içki istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,4 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 6 milyon 967,6 min dekalitr (1 il əvvələ nisbətən 2,5 % az), o cümlədən araq istehsalı 1 milyon 244,9 min dekalitr (29,8 % az), viski-konyak istehsalı 96 min dekalitr (2,9 dəfə çox), üzüm şərabı istehsalı 943,1 min dekalitr (6,8 % az), pivə istehsalı 4 milyon 683,6 min dekalitr (0,5 % az), həmçinin spirtsiz içki istehsalı isə 35 milyon 890,8 min dekalitr (6,5 % çox) təşkil edib.

Ötən il dekabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 485,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 575,6 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 3,9 % az və 10,4 % çoxdur.

44 filmi