Azərbaycanda içki istehsalı 14 % artıb
- 13 avqust, 2022
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 26 milyon 284,8 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 670,3 min dekalitr (1 il əvvələ nisbətən 19,5 % az), viski-konyak istehsalı 16,9 min dekalitr (26,1 % çox), üzüm şərabı istehsalı 424,2 min dekalitr (48 % çox), pivə istehsalı 2 milyon 831,5 min dekalitr (13,4 % az), spirtsiz içki istehsalı isə 22 milyon 341,9 min dekalitr (9,9 % çox) təşkil edib.
Bu il avqustun 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 364,1 min dekalitr, spirtsiz içki ehtiyatı isə 577,8 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 13,4 % və 45,8 % azdır.