Azərbaycanda gümüş istehsalı 47 %-dən çox artıb

Sənaye
  • 14 sentyabr, 2022
  • 08:14
Azərbaycanda gümüş istehsalı 47 %-dən çox artıb
google.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 968,5 kq qızıl, 4 609,7 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin yanvar-avqust aylarının göstəricisindən 16,4 % az, gümüş istehsalı 47,4 % çox olub.

Bu ilin sentyabrın 1-nə 384 kq qızıl, 358,3 kq gümüş ehtiyatı yaranıb.