Azərbaycanda gələn il 400 min ton karbamid istehsalı proqnozlaşdırılır

Azərbaycanda gələn il 400 min ton karbamid istehsalı proqnozlaşdırılır Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan və bu il istismara verilməsi planlaşdırılan Karbamid zavodunda 2019-cu ildə 400 min ton məhsul istehsalı nəzərdə tutulur.
Sənaye
27 Oktyabr , 2018 15:51
Azərbaycanda gələn il 400 min ton karbamid istehsalı proqnozlaşdırılır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan və bu il istismara verilməsi planlaşdırılan Karbamid zavodunda 2019-cu ildə 400 min ton məhsul istehsalı nəzərdə tutulur.

“Report” bu barədə 2019-cu ilin büdcə zərfinə istinadən xəbər verir.

Zavodda 2020-ci ildə 440 min ton, 2021-ci ildə 480 min ton, 2022-ci ildə isə 520 min ton karbamid isthesalı proqnozlaşdırılır.

Qeyd edək ki, "Samsung Engineering" şirkəti "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə bu il təhvil verməsi gözlənilir.

Zavodun ərazisi 39,27 hektar təşkil edir. Müəssisədə gündəlik 1200 ton ammonyak, 2 min ton karbamid istehsal olunacaq. Zavodun Karbamid istehsalının illik həcmi 650-660 min ton olacaq. Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq.

Son xəbərlər

Orphus sistemi