Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

Sənaye
  • 16 mart, 2024
  • 13:21
Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6 min 949,8 ton duru bitki yağları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 7 min 395,6 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 11,2 % azdır.

Martın 1-nə ölkədə 4 min 321,6 ton duru bitki yağı ehtiyatı, 3 min 828,6 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 21,3 % və 48,4 % azdır.