Azərbaycanda çınqıl, qırmadaş, xırda çay daşı istehsalı 2,4 dəfə artıb
- 16 noyabr, 2021
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr ayları ərzində 724 min ton tikinti qumu istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 91,1 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, noyabrın 1-i tarixinə Azərbaycanda 290,9 min ton hazır tikinti qumu mövcuddur.
Həmçinin son 10 ay ərzində 335,7 min ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 104,1 % çoxdur.
Qeyd edilən dövrdə 2 milyon 792,4 min ton çınqıl, qırmadaş, xırda çay daşı hasil edilib və bu da illik müqayisədə 2,4 dəfə çoxdur və noyabrın 1-nə 20,2 min ton ehtiyat mövcuddur.
O cümlədən cari ilin 10 ayında 59,6 min ton duz istehsal edilib ki, onun da həcmi keçən illə müqayisədə 92,6 % artıqdır.
Bununla yanaşı ötən illə müqayisədə 156,8 % çox yəni 188,4 ton bentonit istehsalı qeydə alınıb. Bu ayın əvvəlinə olan məlumata görə, 189,1 min ton bentonit ehtiyatı var. İstehsal edilən bentonitin 184,7 min tonu əmtəəlik olub. Ötən illə müqayisədə bu məhsulun həcmi də 164 % artıb. Ehtiyata gəlincə isə bütün ehtiyatlar yəni 189,1 min ton əmtəəlik bentonitin payına düşür.
Cari ildə 339,3 min ton gips və anhidrit istehsal edilib və bu da illik müqayisədə 128,9 % artım deməkdir. Hazırda isə 140,4 min ton gips və anhidrit ehtiyatı var.