Yuxarı
    Bağlamaq

    Azərbaycanda bu il sənaye istehsalının həcmi 3% azalıb

    Sənayenin qeyri-neft bölməsində istehsal illik müqayisədə 7% artıb

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,2% azdır. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6%-lik artım, neft bölməsində isə 3,0%-lik geriləmə müşahidə olunub. Sənaye məhsulunun 70,4%-i mədənçıxarma, 23,4%-i emal, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub. Bu il mədənçıxarmanın payı 3,8 faiz bəndi azalıb, emal sektorunun - 3,3 faiz bəndi artıb, elektrik enerjisi, qaz və buxar istehsalı sahəsinin - 0,4 faiz bəndi artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payı isə 0,1 faiz bəndi artıb.

    Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,1%-ni təşkil edib, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 7,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Ötən ilə nisbətən özəl bölmədə sənayenin payı 1,4 faiz bəndi azalıb, sənaye istehsalında isə mal istehsalının xüsusi çəkisi 0,5 faiz bəndi azalıb, xidmətlərin payı isə 0,5 faiz bəndi artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi