Yuxarı
    Bağlamaq

    Azərbaycanda bu il 35,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 35,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5% artıb, neft sektorunda isə 5% azalıb.

    Sənaye məhsulunun 69,9%-I mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

    Mədənçıxarma sektorunda metal filizlərinin hasilatı 2,9 dəfə artıb, neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalıb.

    Emal sektorunda qida məhsullarının istehsalı 0,6%, içkilərin istehsalı 22,8%, tütün məmulatlarının istehsalı 6%, toxuculuq sənayesi məhsullarının istehsalı 47,8%, geyim istehsalı 31,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,9%, kimya sənayesi məhsullarının istehsalı 20,8%, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 91,4%, tikinti materiallarının istehsalı 29,8%, kompüter və elektron məhsulların istehsalı 28,5%, elektrik avadanlıqlarının istehsalı 50,1 %, maşın və avadanlıqların istehsalı 38,7%, sair nəqliyyat vasitələrinin istehsalı 16,9%, mebel istehsalı 17,8% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,8%, kağız və karton istehsalı 1,1%, poliqrafiya məhsullarının istehsalı 9,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, hazır metal məmulatlarının istehsalı 14,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 46,6% azalıb.

    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi