Azərbaycanda beton istehsalı 32 %-ə yaxın artıb

Sənaye
  • 30 noyabr, 2024
  • 09:56
Azərbaycanda beton istehsalı 32 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 milyon 194,9 min ton beton istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,6 % çoxdur.

Təkcə oktyabr ayında isə 483,4 min ton beton istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 29,6 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 4 milyon 54,3 min ton beton istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 7,6 % azdır.

44 filmi