Azərbaycanda avtomobil istehsalı 90 %-dən çox artıb

Sənaye
  • 20 fevral, 2023
  • 13:17
Azərbaycanda avtomobil istehsalı 90 %-dən çox artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 61,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 80,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,5 % azalıb.

Bu ilin yanvar ayında ölkədə 195 ədəd və ya 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 93 ədəd və yaxud 91,2 % çox minik avtomobili istehsal olunub. Bu ilin fevralın 1-nə ölkədə 314 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 101 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk ayı ilə müqayisədə 3,4 dəfə çoxdur. Nəticədə, bu il fevralın 1-nə ölkədə 17 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, ölkədə 40 ədəd yük avtomobili istehsal edilibi, bu isə 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 20 % azdır. Fevralın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.