Azərbaycanda armatur istehsalı sentyabrda 64 % artıb

Sənaye
  • 26 oktyabr, 2024
  • 11:00
Azərbaycanda armatur istehsalı sentyabrda 64 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 317,1 min ton armatur istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur.

Təkcə sentyabr ayında isə 53 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 64 % çoxdur.

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 25,2 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 339,2 min ton armatur istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 22,1 % azdır.