Azərbaycanda armatur istehsalı 85 % artıb

Azərbaycanda armatur istehsalı 85 % artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 58,5 min ton armatur istehsal olunub.
Sənaye
21 Mart , 2024 14:11
Azərbaycanda armatur istehsalı 85 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 58,5 min ton armatur istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,1 % çoxdur.

Martın 1-nə ölkədə 14 min 9 ton hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı isə 14,2 % azalıb.

Son xəbərlər

Orphus sistemi