Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub Bu ilin yanavar-iyul aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsa
Sənaye
13 Avqust , 2024 12:14
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin yanavar-iyul aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 %, qeyri neft-qaz sektorunda isə 8 % artıb.

Məlumata görə, sənaye məhsulunun 65 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 6,4 % artmışdır.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 73,6 %, əczaçılıq məhsullarının istehsalı 69,1 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 49,9 %, elektrik avadanlıqlarının istehsalı 33,9 %, mebel istehsalı 33,3 %, tikinti materiallarının istehsalı 30,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 29,2 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,5 %, hazır metal məmulatlarının istehsalı 19,5 %, içkilərin istehsalı 15,8 %, tütün məmulatlarının istehsalı 11,2 %, kimya sənayesi məhsullarının istehsalı 8,2 %, qida məhsullarının istehsalı 6,2 %, kağız və karton istehsalı 5,2 %, geyim istehsalı 3,8 %, neft məhsullarının istehsalı 1,3 % artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 9,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,3 %, poliqrafiya məhsullarının istehsalı 20,0 %, maşın və avadanlıqların istehsalı 28,7 %, sair nəqliyyat vasitələrinin istehsalı 45,2 %, sair sənaye məhsullarının istehsalı isə 50,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 % azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,7 % artıb.

Son xəbərlər

Orphus sistemi