Azərbaycanda 4 faydalı qazıntı yatağı hərracda satılıb

Azərbaycanda 4 faydalı qazıntı yatağı hərracda satılıb Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının
Sənaye
10 Dekabr , 2021 13:43
Azərbaycanda 4 faydalı qazıntı yatağı hərracda satılıb

Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.

Hərrac qaydasında istifadəyə verilmiş faydalı qazıntı yataqları üzrə qaliblərin siyahısı:

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 14, 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək.

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 %-i miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi