Azərbaycanda 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur

Azərbaycanda 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur İlin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır
Sənaye
901
11 Yanvar , 2018 01:05
Azərbaycanda 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur

Bakı. 11 yanvar. REPORT.AZ/ "On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu da minlərlə iş yeri deməkdir:

"Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi