Azərbaycan yanvarda sənaye istehsalını 1,4% artırıb

Azərbaycan yanvarda sənaye istehsalını 1,4% artırıb İstehsal olunan məhsulun 72%-i özəl bölmənin payına düşür
Sənaye
14 Fevral , 2015 10:17
Azərbaycan yanvarda sənaye istehsalını 1,4% artırıb

Bakı. 14 fevral. REPORT.AZ/  Bu ilin yanvar ayında Azərbaycanda əvvəlki ilin eyni dövrünə nisbətən sənaye məhsulu istehsalı 1,4% artıb və 1,8 mlrd. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 58,1%-i istehsal olunan mədənçıxarma bölməsində 3,7 mln. ton neft, 1,8 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,2%-ni təşkil edib, içki, tütün məmulatları, kağız və karton, kimya, rezin və plastmas məmulatları, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlıqları, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 10,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi, 1,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Qeyd edək ki, ümumi sənaye istehsalının 88,8%-i əmtəələr, 11,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 71,5%-i özəl bölmədə istehsal olunub.

Son xəbərlər

Orphus sistemi