​Azərbaycan və İran iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

​Azərbaycan və İran iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib İranın nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyində olub
Sənaye
28 Noyabr , 2014 01:17
​Azərbaycan və İran iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Bakı. 28 noyabr. REPORT.AZ/ "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, nümayəndə heyətinə İranın rəsmi şəxsləri ilə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da daxil olub.

İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi önəmini qeyd edib.

Konfransın əhəmiyyətini qeyd edən iranlı nazir Məhəmməd Rza Nemətzadə İranda sənaye parklarının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İran iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat verib, kənd təsərrüfatı, əczaçılıq, metallurgiya və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi