Azərbaycan Türkiyədən propilen idxalını kəskin artırıb

Sənaye
  • 29 iyul, 2024
  • 13:44
Azərbaycan Türkiyədən propilen idxalını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,84 milyon ABŞ dolları dəyərində 1 min 156 ton propilen idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 490 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 274 ton (+2,6 dəfə), Səudiyyə Ərəbistanından 371 min ABŞ dolları dəyərində (-68 %) 290 ton (-68 %), Cənubi Koreyadan 241 min ABŞ dolları dəyərində (-56,5 %) 162 ton (-56 %), Sinqapurdan 192 min ABŞ dolları dəyərində (-45 %) 80 ton (-46 %), İrandan 172 min ABŞ dolları dəyərində (-39 %) 100 ton (-32 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 3 min 825 ton propilenin 37,7 %-i Səudiyyə Ərəbistanının, 22,8 %-i Cənubi Koreyanın, 13 %-i Türkiyənin payına düşüb.