Azərbaycan Türkiyədən kimyəvi maddə tədarükünü 6 %-dək artırıb

Sənaye
  • 15 avqust, 2022
  • 05:32
Azərbaycan Türkiyədən kimyəvi maddə tədarükünü 6 %-dək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 276,255 milyon ABŞ dolları dəyərində kimyəvi maddə və məhsullar idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 38,056 milyon ABŞ dollarlıq dəyərində kimyəvi maddə və məhsullar ixrac edib ki, bu da, illik müqayisədə 8,1 % azdır.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi kimyəvi maddə və məhsulların ixracının dəyəri illik müqayisədə 41,8 % artaraq 19,690 milyard ABŞ dollarına, iyul ayında isə - 54,1 % artaraq 2,945 milyard ABŞ dollarına çatıb.

44 filmi