Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 43 % artırıb

Sənaye
  • 11 fevral, 2023
  • 10:36
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 43 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 7,777 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,9 % azdır.

Yanvarda Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 21,9 % artaraq 2,716 milyard ABŞ dollarına çatıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 153,339 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib ki, bu da, illik müqayisədə 24 % çox olub.