Azərbaycan-Türkiyə tikinti kimyəvilərin istehsal müəssisəsi ixrac ilə bağlı planlarını açıqlayıb

Sənaye
  • 17 iyul, 2024
  • 09:12
Azərbaycan-Türkiyə tikinti kimyəvilərin istehsal müəssisəsi ixrac ilə bağlı planlarını açıqlayıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərin istehsal müəssisəsi 2025-ci ildən etibarən məhsullarının ixracına başlayacaq.

Bunu "Report"a açıqlamasında MMC-nin direktoru Necmeddin Taşbağ bildirib.

"Biz yüksək ixrac potensialı olan məhsullar istehsal edəcəyik. Daha çox Gürcüstan, Özbəkistan, Türkmənistan və Qazaxıstan kimi qonşu ölkələrə ixracı planlaşdırırıq. Müəssisə fəaliyyətə başladıqdan sonra bu ölkələrin bazarları araşdırılacaq, satışla bağlı planlar hazırlanacaq", - N.Taşbağ qeyd edib.

Onun sözlərinə görə, müəssisənin illik istehsal gücü 150 min ton tikinti kimyəvi materiallar təşkil edəcək.

"Kartaş Kimya"nın direktoru qeyd edib ki, müəssisə Azərbaycan və Türkiyə sərmayadarların hesabına inşa edilir: "İnvestisiyalar bərabər şəkildə yatırılır".

N. Taşbağ əlavə edib ki, yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq: "250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manatdan çox sərmayə qoyulub".

Son xəbərlər

Bütün Xəbər Lenti