Azərbaycan sənaye robotlarının ixracına başlayıb

Sənaye
  • 07 fevral, 2022
  • 11:08
Azərbaycan sənaye robotlarının ixracına başlayıb

2021-ci ilin 11 ayı ərzində Azərbaycandan xaricə 192,5 min ABŞ dolları dəyərində 1 ədəd sənaye robotu göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilə kimi son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ölkədən bu tip robotlar ixrac olunmayıb. Ötən il ilk dəfə olaraq Tacikistana sənaye robotu tədarük edilib.

Hesabat dövründə ölkəmizə xaricdən 331,14 min ABŞ dolları dəyərində 19 ədəd sənaye robotu gətirlib. Türkiyədən 215,38 min ABŞ dolları dəyərində 8 ədəd, Çindən 108,06 min ABŞ dolları dəyərində 9 ədəd, İrandan 7,7 min ABŞ dolları dəyərində 2 ədəd məhsul alınıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 2,2 dəfə artıb və 66,67 % azalıb, Çindən – 51 dəfə və 4,5 dəfə artıb , İrandan – 24 dəfə və 2 dəfə artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti