"Azərbaycan Sənaye Korporasiyası” şirkətlərindən birinin adını dəyişib

"Azərbaycan Sənaye Korporasiyası” şirkətlərindən birinin adını dəyişib “ASK Heyvandarlıq” MMC-nin adı “ASK Aqro”ya dəyişdirilib
Sənaye
1 Oktyabr , 2020 11:57
Azərbaycan Sənaye Korporasiyası” şirkətlərindən birinin adını dəyişib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Heyvandarlıq” MMC-nin adı “ASK Aqro”ya dəyişdirilib.

“Report” bu barədə Korporasiyaya istinadən xəbər verir.

Xatırladaq ki, ASK sözügedən şirkəti 2018-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradıb. Kommersiya qurumu Şəki rayonunun Orta Zəyzid kəndində  fəaliyyət göstərir, südçülük və maldarlıq üzrə  damazlıq təsərrüfatıdır.

ASK isə 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi