“Azərbaycan Sənaye Korporasiyası” ASC-nın törəmə şirkəti - "ASK Poliqrafiya" MMC nizamnamə kapitalını 50,7 min manat və yaxud 3,1 dəfə azalaraq 75,2 min manatdan 24,5 min manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 23 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "ASK Poliqrafiya" 2018-ci ildə yaradılıb.