“Azərbaycan Sənaye Korporasiyası”nın maliyyə göstəriciləri müzakirə olunub

“Azərbaycan Sənaye Korporasiyası”nın maliyyə göstəriciləri müzakirə olunub “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Prezidentin köməkçisi Natiq Əmirovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib
Sənaye
23 Aprel , 2021 14:43
“Azərbaycan Sənaye Korporasiyası”nın maliyyə göstəriciləri müzakirə olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Prezidentin köməkçisi Natiq Əmirovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

"Report" bu barədə Korporasiyaya istinadən xəbər verir.

Məlumata görə, iclasda Şuranın üzvləri - I vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, həmçinin Korporasiyanın Baş direktoru Kamran Nəbizadə və qurumun digər vəzifəli şəxsləri iştirak edib.

Videokonfrans formatında keçirilən iclasda səhmdar cəmiyyətinin 2020-ci ilin yekunları üzrə maliyyə göstəriciləri və digər cari məsələlər müzakirə olunub, dövlət şirkətinin fəaliyyətinə dair hesabatlar dinlənilib, müvafiq qərarlar qəbul edilib, eyni zamanda, strateji hədəflərlə bağlı əhəmiyyətli tövsiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi