"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub

"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Istehsal və əməliyyatlar departamentinə yeni direktor təyin edilib.
Sənaye
5 İyun , 2023 15:50
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat olub

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Istehsal və əməliyyatlar departamentinə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə Mülayim Səfərova həvalə olunub.

O, bundan əvvəl həmin departamentdə direktor müavini vəzifəsini icra edib.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi