Azərbaycan sənaye istehsalını 4% artırıb

Azərbaycan sənaye istehsalını 4% artırıb Sənayenin qeyri-neft sektorunda istehsalın həcmi 9% artıb
Sənaye
16 Aprel , 2015 18:58
Azərbaycan sənaye istehsalını 4% artırıb

Bakı. 16 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,8 mlrd. manatlıq məhsul istehsal olunaraq 3,9%-lik artım qeydə alınıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 9,0%, neft-qaz sektorunda isə 3,4% üstələyib.

Sənaye məhsulunun 58,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 10,5 mln. ton neft, 5,2 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,9%-ni təşkil edib, qida, içki, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 9,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Ümumi sənaye istehsalının 87,1%-i malların (əmtəələrin), 12,9%-i isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 73,1%-i özəl bölmədə istehsal olunub.

Son xəbərlər

Orphus sistemi