Azərbaycan sənaye istehsalını 1% artırıb

Azərbaycan sənaye istehsalını 1% artırıb Sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 15% azalıb
Sənaye
16 Sentyabr , 2016 11:06
Azərbaycan sənaye istehsalını 1% artırıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-avqust aylarında 20,3 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilib.

“Report” Dövlət Statisatika Komitəsinə istinadən bildirir ki, sənaye məhsulunun 65,5%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3%, o cümlədən neft hasilatı 1,1% artıb, əmtəəlik qaz hasilatı isə 0,8% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 4,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8%, kağız və karton istehsalı 6,6%, poliqrafiya məhsullarının istehsalı 21,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,9%, hazır metal məmulatlarının istehsalı 17,2%, kompyuter və elektron məhsulların istehsalı 14,8%, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6%, mebel istehsalı 12,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62% artıb.

İçkilərin istehsalı 11,7%, tütün məmulatlarının istehsalı 3,2%, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı 75,1%, kimya sənayesi məhsullarının istehsalı 15%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8%, tikinti materiallarının istehsalı 17,2%, maşın və avadanlıqların istehsalı isə 12,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% artıb. 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3%, neft sektorunda isə 0,7% artıb. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu il sentyabrın 1-nə 331,7 mln. manatlıq hazır məhsul olub. Nəticədə, anbarlardakı hazır məhsul qalığı 15,3% azalıb.

Son xəbərlər

Orphus sistemi