Yuxarı

Azərbaycan qızıl hasilatını 30% artırıb

Hesabat dövründə gümüş hasilatı isə 70% azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı illik müqayisədə 30% artaraq cari ilin yanvar-avqust ayları ərzində 1 510,8 kq təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə gümüş hasilatı isə illik 70,2% azalaraq 62,8 kq olub.

Mədənçıxarma sənayesində istehsalın həcmi 11,1 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 1,3% üstələyib.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi