​Azərbaycan qızıl hasilatını 12% artırıb

​Azərbaycan qızıl hasilatını 12% artırıb Bununla yanaşı, gümüş hasilatı 62% azalıb
Sənaye
19 Dekabr , 2014 16:24
​Azərbaycan qızıl hasilatını 12% artırıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 684,3 kq qızıl və 231,9 kq gümüş hasil olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 11,9% artıb, gümüş hasilatı isə 62,2% azalıb.

Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda qızıl hasilatı 1 619,2 kq təşkil edib.

Son xəbərlər

Orphus sistemi