Azərbaycan qızıl-gümüş istehsalını 2 dəfə artırıb
- 16 noyabr, 2021
- 06:11
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 096,1 ton mis filizləri və konsentratları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 96,1% çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, noyabrın 1-nə ölkədə 239 ton hazır mis filizləri və konsentratları olub.
Bundan başqa, 10 ay ərzində Azərbaycanda 6 834,8 kq qiymətli metal filizləri və konsentratları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
Oktyabrın sonuna ölkədə 456,8 kq hazır məhsul olub.
O cümlədən, hesabat dövründə qiymətli metallardan 2 876,8 kq qızıl, 3 958 kq gümüş hasil olunub və 1 il əvvələ nisbətən birincinin artım 96,1%, ikincinin artımı isə 2,1 dəfə olub.
Noyabrın 1-nə ölkədə 212,5 kq qızıl, 244,3 kq gümüş olub.