Yuxarı

Azərbaycan Prezidenti: "Bu gün “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə böyük uğurlara imza atmışıq"

Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir.

"Report" xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyevmayın 9-da ümummilli liderHeydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.Dövlət başçısı qeyd edib ki, bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır: "Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır. Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərmişdir. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır. Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilib.

Bu strategiya 1994-cü ildən icra edilməyə başlanıb. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu gün “Əsrin kontraktı” çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir. 1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir. Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür. Ulu Öndərin başladığı layihələr tam icra edilib. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi