​Azərbaycan Polşaya neft ixracını artırıb

​Azərbaycan Polşaya neft ixracını artırıb Energetika naziri Natiq Əliyev: "Polşa şirkətlərinin təcrübəsi Sumqayıtda texniki parkların yaradılmasında böyük əhəmiyyət kəsb edə bilər"
Sənaye
15 Dekabr , 2014 11:10
​Azərbaycan Polşaya neft ixracını artırıb

Bakı.15 dekabr. REPORT.AZ/ Azərbaycandan Polşaya xam neftin ixracı ilbəil artır. "Report" xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Polşanın "Orleans" şirkətinə 2012-ci ildə 485 min ton, 2013-cü ildə 523 min ton, 2014-cü ildə isə 750 min tondan artıq xam neft göndərib.

Nazir həmçinin qeyd edib ki, Polşa şirkətlərinin yüksək sənaye təcrübəsi Sumqayıtda tikilməsi nəzərdə tutulan sənaye mərkəzləri və texniki parkların yaradılmasında böyük əhəmiyyət kəsb edə bilər.

Son xəbərlər

Orphus sistemi