Bu ilin iyun ayında Azərbaycan 7,7 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin iyun ayı ilə müqayisədə 3,75 % azdır.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 52 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.