Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb

Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb Bu ilin iyun ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.
Sənaye
30 İyul , 2021 14:34
Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin iyun ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyun aylarında isə Azərbaycandan 50 milyon dollar dəyərində ilkin formalı polietilen ixrac olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi