Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 329 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 %, maşın və avadanlıqların istehsalı isə 8 % artıb.
11 ay ərzində Azərbaycanda 1 642 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 430 әdәd və ya 20,8 % az minik avtomobili təşkil edir. Bu il dekabrın 1-nə ölkədə 188 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ötən dövrü ərzində ölkədə 300 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 64,8 % azdır. Bu il dekabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.