Azərbaycan metanol istehsalını 47 %-dən çox azaldıb

Azərbaycan metanol istehsalını 47 %-dən çox azaldıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 150,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub
Sənaye
17 Avqust , 2021 17:42
Azərbaycan metanol istehsalını 47 %-dən çox azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 150,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % azdır.

Bu ilin avqustun 1-nə 33,5 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi