Azərbaycan mebel idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb

Sənaye
  • 19 iyul, 2024
  • 09:54
Azərbaycan mebel idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 67 milyon 114,74 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 1 milyon 489,31 min ABŞ dolları və yaxud 2,27 % çoxdur.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,76 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti