Azərbaycan mayda metanol ixracını 3 dəfə artırıb

Sənaye
  • 02 iyul, 2022
  • 13:10
Azərbaycan mayda metanol ixracını 3 dəfə artırıb

Bu ilin may ayında Azərbaycan 9,4 milyon ABŞ dolları dəyərində metanol (netil spirt) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 6,1 milyon ABŞ dolları və yaxud 2,8 dəfə çoxdur.

2022-ci ilin yanvar-may aylarında isə Azərbaycan 60 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib ki, bu da 2021-ci ilin 5 aylıq göstəriciləri ilə müqayisədə 56,7 milyon ABŞ dolları və yaxud 18,2 dəfə çoxdur.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti