Azərbaycan İraqdan xurma tədarükünü bərpa edib
- 01 fevral, 2022
- 07:10
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 9 milyon 300,72 min ABŞ dolları dəyərində 6 min 720,92 ton xurma (təzə və ya qurudulmuş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 17,64 %, kəmiyyət olaraq – 9,64 % artıb.
Hesabat dövründə İrandan 5 milyon 869,47 min ABŞ dolları dəyərində 5 min 340,83 ton, Əlcəzairdən 1 milyon 257,3 min ABŞ dolları dəyərində 681,47 ton, Tunisdən 684,15 min ABŞ dolları dəyərində 369,6 ton, Səudiyyə Ərəbistanından 607,59 min ABŞ dolları dəyərində 165,03 ton, İsraildən 405,44 min ABŞ dolları dəyərində 52,99 ton məhsul gətirlib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 8,48 % və 8,7 % artıb, Əlcəzairdən – 7,9 % və 10,1 % azalıb, Tunisdən – 0,29 % azalıb və 0,8 % artıb, Səudiyyə Ərəbistanından – 40,6 dəfə və 125,9 dəfə artıb, İsraildən – 5,5 dəfə və 6 dəfə artıb. Dörd il 6 aylıq fasilənin ardından İraqdan tədarük bərpa olunub. Azərbaycan bu Fars körfəzi ölkəsindən 25,85 min ABŞ dolları dəyərində 23,5 ton xurma alıb.
Ötən ilin eyni dövründə Azərbaycan 157,8 min ABŞ dolları dəyərində 73,63 ton xurma ixrac edib. Bu məhsul Rusiya, İran və Qazaxıstana tədarük olunub.