Azərbaycan ilə Belarus arasında birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə edilib

Azərbaycan ilə Belarus arasında birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə edilib Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə keçirdiyi görüşdə birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə edib.
Sənaye
3 Sentyabr , 2024 15:53
Azərbaycan ilə Belarus arasında birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə edilib

Azərbaycan və Belarus ticarət, sərmayə, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk arasında keçirilən görüşdə aparlıb.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən birgə tədbirlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verib. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29 %-ə yaxın artıb.

Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.

Həmçinin, tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrasını da müzakirə ediblər.

15:01

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə keçirdiyi görüşdə birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan-Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - M. Cabbarov qeyd edib.

Son xəbərlər

Orphus sistemi