Yuxarı
    Bağlamaq

    Azərbaycan II Qara dəniz şərabçılıq forumunda iştirak edəcək

    Forum bu gün Rusiyanın Krasnodar şəhərində öz işinə başlayacaq

    Bakı. 2 İyul. REPORT.AZ/ Bu gün Rusiyanın Krasnodar şəhərində II Beynəlxalq Qara dəniz şərabçılıq forumu öz işinə başlayır. Forumda Azərbaycan da daxil olmaqla 12 ölkənin şərabçılıq sahəsini təmsil edən 250-dən çox nümayəndə iştirak edəcək.

    "Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən RİA "Novosti" məlumat yayıb.

    "Əgər birinci forum təqribən 150 iştirakçını maraqlandırmışdısa, Kubanın paytaxtında keçiriləcək növbəti tədbir 12 ölkənin (Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna) şərabçılıq sahəsində çalışan 250-dən çox nümayəndəsinin diqqətini cəlb edib", — deyə məlumatda bildirilib.

    Qeyd olunub ki, forumun məqsədi şərabçılıq sahəsində dövlətlərarası iqtisadi münasibətlərin inkişafı və Qara dəniz istehsalçılarının maraqlarının Avrasiya İqtisadi İttifaqı bazarında təbliğindən ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi