Azərbaycan hökuməti saflaşdırılmış misin yeni gömrük dərəcələrini müəyyənləşdirib

Azərbaycan hökuməti saflaşdırılmış misin yeni gömrük dərəcələrini müəyyənləşdirib Bu qərar 5 il müddətində qüvvədə olacaq
Sənaye
12 Yanvar , 2017 17:04
Azərbaycan hökuməti saflaşdırılmış misin yeni gömrük dərəcələrini müəyyənləşdirib

Bakı. 12 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişikliklər edilməsi barədə qərar qəbul edib. 

“Report” xəbər verir ki, yeni qərara görə, saflaşdırılmış misin gömrük dərəcələri müəyyənləşib.

Məlumata görə, bu qərar İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflər nəzərə alınaraq qəbul edilib.

Qərarla "Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri"ndə aşağıdakı dəyişikliklər edilib:

1.1. "7402 00 000 0" mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda "7403 12 000 0", "7403 13 000 0" və "7403 19 000 0" mal mövqeləri əlavə edilib:

7403 12 000 0 Saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 13 000 0 Saflaşdırılmış misdən prokat üçün biçmələr 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 19 000 0 Digər saflaşdırılmış mis 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla
  • 1.2. "7404 00 990 0" mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda "7405 00 000 0", "7407 10 000 0" və "7407 29 000 0" mal mövqeləri əlavə edilib:
7405 00 000 0 Mis əsasında liqaturalar 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7407 10 000 0 Saflaşdırılmış misdən çubuqlar və profillər 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7407 29 000 0 Digər mis ərintilərindən çubuqlar və profillər 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

Son xəbərlər

Orphus sistemi